Bir çox məsələlərin həllində birhədlilər üzərində əməllər icra edilir, ədədlərin və dəyişənlərin hasili ilə yazılmış düsturlar tətbiq edilir. Belə növ məsələlərə əhalinin sayının müəyyən edilməsi, bank əməliyyatlarının icra edildiyi məsələlər və s. aiddir.
Bank əməliyyatlarında son məbləğin hesablanmasının 2 üsulunu öyrənək.
Araşdırılan məsələlərdə sonda bankdan götürülən məbləğ banka qoyulan ilkin məbləğin hər hansı faizi qədər artırılır (və ya azaldılır). Belə tip məsələlər sadə faiz artımı məsələləri adlanır.
Yuxarıda verilən məsələlərdə zaman müddəti böyük olduqda hesablama bir qədər mürəkkəbləşir. Bu halda düsturdan istifadə etmək əlverişli hesab edilir.
Sadə faizlə artımı (və azalmanı) hesablamaq üçün aşağıdakı düsturlardan istifadə edilir.
Sn = S0 ( 1 +
r • n
100
) ,
[
Sn = S0 ( 1 -
r • n
100
)
]