7.
Havanın temperaturunu termometrlə ölçərək 18,6° C olduğunu
müəyyən etdilər. Termometrin bölgüsünün qiyməti 0,2°-dir.
Əgər ölçmə 0,1 dəqiqliklə aparılarsa, havanın dəqiq temperaturu
neçə dərəcə ola bilər?
8.
Əli 25,925 ədədini onda bir, yüzdə bir və təklik mərtəbəsinə
qədər yuvarlaqlaşdırdı və hər bir hal üçün təqribi qiymətin
mütləq xətasını hesabladı. Hansı halda mütləq xətanın qiymətinin
daha böyük olduğunu təxmin edin. Hesablama apararaq
cavabınızın dəqiqliyini yoxlayın.
9.
2
3
kəsrini onluq kəsr şəklində göstərin. Bu kəsri onda birə,
yüzdə birə, mində birə qədər yuvarlaqlaşdırın. Hər hal üçün
təqribi qiymətin mütləq xətasını hesablayın.
10.
Masanın uzunluğunu ölçərkən yol verilən mütləq xəta 1 sm,
şəhərlər arasındakı məsafəni ölçərkən yol verilən mütləq xəta
isə 1 m = 100 sm-dir. Sizcə, hansı ölçmə daha dəqiqdir? Nə
üçün? Fikrinizi əsaslandırın.
11.
Praktik iş. Ştangenpərgar (şəkil 7) ölçmə dəqiqliyi daha yüksək
olan ölçmə alətidir. Onun vasitəsilə əşyanın daxili və xarici
xətti ölçülərini, deşiyin və ya çıxıntının dərinliyini ölçmək mümkündür.
Ştangenpərgardan istifadə etməklə ətrafınızdakı hər
hansı əşyanın xətti ölçülərini tapın. Təqribi qiymətin mütləq
xətası alətin üzərində (nonius) göstərilir.