Verilmiş ədədləri göstərilən mərtəbəyə (altından xətt çəkilən) qədər
yuvarlaqlaşdırın və hər biri üçün mütləq xətanı hesablayın.
a)
2,341;
b)
543,78;
c)
0,9537;
d)
-36,7921.
2.
Yuvarlaqlaşdırmadan alınan xətaları hesablayın və cədvəli tamamlayın:
Verilən ədəd
Yuvarlaq ədəd
Fərqin modulu
Mütləq xəta
61,76318
61,7632
|61,76318-61,7632|
61,76318
61,763
0,00018
61,76318
61,76
61,76318
61,8
61,76318
62
3.
Ədəd oxu üzərində
a) 6,5 və 7,5 ədədləri arasındakı istənilən ədəd təqribi 7-yə bərabər götürülür.
Bu halda ən böyük mütləq xəta neçədir? (şəkil 5)
b) 7 və 9 ədədləri arasındakı istənilən ədəd təqribi 8-ə bərabər götürülür.
Bu halda ən böyük mütləq xəta neçədir? (şəkil 6)
4.
Hasarın uzunluğunun 0,1 metrə qədər dəqiqliklə ölçülən qiyməti 12,5 m
olduğu məlumdur. Hasarın həqiqi uzunluğunu göstərən ədəd hansı
ədədlər arasında yerləşir?
5.
Düzbucaqlının eni və uzunluğu 1 sm dəqiqliklə uyğun olaraq 6 m və
8 m-dir. Düzbucaqlının eni və uzunluğunu göstərən ədəd hansı ədədlər
arasında yerləşir? Düzbucaqlının sahəsinin mümkün qiyməti hansı ədədlər
arasında yerləşir?
6.
Düzbucaqlı paralelepipedin ölçüləri 2 sm-ə qədər dəqiqliklə 23 sm, 24 sm
və 27 sm-dir. Onun həcmini göstərən ədəd hansı ədədlər arasında yerləşir?