PRAKTİK İŞ:
Şəkil 4-də verilmiş qələmin uzunluğunu müəyyən edərkən ölçmədən
alınan ədədin üzərinə xətkeşin dəqiqlik qimətini əlavə etməklə və
çıxmaqla yazılır: 13,2 sm ± 0,1 sm. Siz də əlinizdəki qələmin uzunluğunu
yazın.
Ölçmələr nəticəsində a kəmiyyətinin bir-birindən fərqli təqribi qiymətləri
alına bilər. Təyin olunan hər təqribi qiymətin öz mütləq xətası alınır.
Kəmiyyətin dəqiq a qiyməti ilə təqribi x qiymətinin fərqinin moduluna
təqribi qiymətin mütləq xətası deyilir: |a-x|.
Ölçmə vasitəsilə kəmiyyətin dəqiq qiymətini təyin etmək olmur. Mütləq
xəta ölçmə nəticəsində alınan təqribi qiymətin kəmiyyətin dəqiq qiymətindən
nə qədər fərqləndiyini göstərir.
Kəmiyyətin dəqiq qiyməti a, təqribi qiyməti x, yol verilən xəta isə
b
olarsa, a = x ± b yazılır.
NÜMUNƏ:
Şirniyyat qutusunun kütləsini müəyyən etmək üçün bir neçə qutu
seçilərək tərəzidə çəkilir. Alınan nəticələr: 350 q, 350,2 q, 348 q, 352 q,
349,5 q, 349 q olur. Bu nəticələrdən ən böyüyü ilə ən kiçiyinin ədədi ortası
hesablanır: (352 + 348): 2 = 350 q.
Xəta kimi ən böyük və ən kiçik nəticələrin fərqinin yarısı götürülür:
b = (352 - 348): 2 = 2
Qutunun kütləsi onun üzərində 350 ± 2 q yazılır.
MƏSƏLƏ:
Çay qutusunun üzərində kütləsi 125 ± 1 q yazılıb. Bu qutuların ən
az və ən çox kütləsi nə qədər ola bilər?
HƏLLİ :
125 + 1 = 126 q və 125 - 1 = 124 q olduğu üçün çay qutusunun ən çox kütləsi 126 q, ən az kütləsi isə 124 q-dır.
Cavab: 126 q, 124 q.