SİTUASİYA
MƏSƏLƏLƏRİ
BÖLMƏ 10
Bu bölmədə həyatda rast gəldiyiniz müxtəlif tip
situasiya məsələləri və onların həlli ilə tanış
olacaqsınız. Belə məsələlərin həlli sizin yaradıcılıq
qabiliyyətinizin formalaşmasına xidmət edir.
Bəzən obyektin ölçülərini dəqiq müəyyən etməkdə çətinlik
yaranır. Onda ölçmə təqribi edilir. Bu bölmədə təqribi kəmiyyətin
mütləq və nisbi xətası anlayışlarını öyrənəcəksiniz.
Həyatda insanın ən çox qarşılaşdığı məsələlərdən biri də
bank, hesab, faiz məsələləridir. Sizcə, banklar kredit
faizlərini hesablarkən hansı düsturlardan istifadə edirlər?
Ümid edirik ki, bu və digər araşdırma məsələlərinin həllini
öyrənməyiniz həyatda hər zaman lazımınız olacaq.