ÇALIŞMALAR
1.
MNK üçbucağı bərabəryanlıdır (şəkil 43). Onun konqruyent tərəflərini və
konqruyent bucaqlarını göstərin.
2.
Bərabəryanlı üçbucağın M təpə bucağının tənböləni çəkilmişdir (şəkil 43).
Burada alınmış konqruyent parçaları və konqruyent bucaqları göstərin.
3.
Bərabəryanlı ABC üçbucağının AB oturacağına CK tənböləni çəkilmişdir.
K nöqtəsi AB üzərindədir.
a)
AB-nin uzunluğunun: 1) 12 sm; 2) 25 mm;
3) 14,4 sm olduğu məlumdursa,
AK və BK parçalarının uzunluğunu müəyyən edin.
b)
BK-nın uzunluğunun: 1) 3,4 sm; 2) 5 mm;
3) 4,45 sm olduğu məlumdursa,
AB oturacağının uzunluğunu müəyyən edin.
4.
Bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqların xassəsində şərt
və hökmü müəyyən edin. Onların yerini dəyişərək söyləyin. Alınan xassələr
doğrudurmu?
5.
MNK üçbucağının MC tənbölənini çəkin. ∠N ≌ ∠K olduğu məlumdur.
MN ≌ MK olduğunu əsaslandırın.
6.
Bərabəryanlı üçbucağın təpə bucağının: a) 30°; b) 120°; c) 90°; d) 60°
olduğu məlumdursa, oturacağa bitişik bucaqların hər biri neçə dərəcə olar?
7.
a)
Bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqlarından biri:
1) 89°; 2) 120°; 3) 90° ola bilərmi? Fikrinizi əsaslandırın.
b)
Bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqlarından birinin:
1) 60°; 2) 28°; 3) 79° olduğu məlumdursa, üçbucağın təpə bucağını müəyyən edin.
8.
Samir bərabəryanlı düzbucaqlı üçbucağın iti bucaqlarının hər birinin 45°
olduğunu söyləyir. Onun fikri doğrudurmu?
9.
Bərabərtərəfli ABD üçbucağının A təpəsindən çəkilən medianının uzunluğu
11,4 sm olarsa, onun C təpəsindən çəkilən hündürlüyünü tapın.
10.
Şəkillərə görə üçbucaqların bucaqlarını tapın (şəkil 44, a, b, c).
11.
ABD bərabəryanlı üçbucağında AB ≌ DB, yan tərəfinin uzunluğu
13 sm-dir, BC tənböləndir və AC = 4,2 sm-dir. ABD üçbucağının
perimetrini tapın.
12.
Perimetri 54 sm olan ABC üçbucağında AB ≌ AC olduğu məlumdur.
AK mediandır. ABK üçbucağının perimetri 42 sm olarsa, AK-nın uzunluğunu
tapın.
13.
Bərabəryanlı üçbucağın medianı onun perimetrini 33 sm və 42 sm hissələrə
bölür. Bu üçbucağın tərəflərinin uzunluğunu tapın.