Bərabəryanlı üçbucağın konqruyent tərəfləri onun yan tərəfləri, üçüncü tərəfi isə bu üçbucağın oturacağıdır. İki tərəfi konqruyent olan hər hansı itibucaqlı, düzbucaqlı və korbucaqlı üçbucaqlar bərabəryanlıdır və onun tərəfləri və bucaqları şəkil 39-da verildiyi kimi adlandırılır.
Bərabəryanlı üçbucağın oturacağına bitişik bucaqları konqruyentdir.
ΔABC-də AB ≌ CB olduğuna görə oturacağa bitişik olan A və C bucaqları da konqruyendir: ∠A ≌ ∠C (şəkil 40).
Bərabəryanlı üçbucağın oturacağına çəkilmiş median, tənbölən, hündürlük üst-üstə düşür.
ΔABC-də (şəkil 41) AB ≌ CB, BD mediandır: AD ≌ CD, BD tənböləndir: ∠ABD ≌ ∠CBD, BD hündürlükdür: BD ⊥ AC.
Bərabərtərəfli üçbucaq - bütün tərəfləri konqruyent olan üçbucaqdır.
Bərabərtərəfli üçbucaqda hər təpədən çəkilmiş median, tənbölən, hündürlük üst-üstə düşür.
Üçbucağın daxili bucaqlarının cəminə və 1-ci xassəyə görə, ∠A ≌ ∠C = (180° - ∠B) : 2 = (180° - 86°): 2 = 47° olar.