6.
Şəkil 31-də BM ≌ CM, BD ≌ CD olduğu məlumdur. İsbat edin:
a) ΔBDM = ΔCDM;
b) MD şüası BMC bucağının tənbölənidir.
7.
Şəkil 32-də BN ≌ CM və BM ≌ CN olduğu məlumdursa,
AB ≌ AC
olduğunu söyləmək olarmı? Cavabınızı əsaslandırın.
8.
Şəkil 33-də ABD və BDC bərabəryanlı üçbucaqları ortaq BD oturacağına
malikdir. AC parçası BD-ni O nöqtəsində kəsir. ∠ABC ≌ ∠ADC
olduğunu isbat edin.