6.
AD şüası ∠CAB-nin tənbölənidir (şəkil 21). ∠ADB ≌ ∠ADC. İsbat edin
ki, ΔADB ≌ ΔADC.
7.
A bucağının tərəfləri üzərində B və C, tənböləni üzərində isə
D nöqtəsi qeyd edilib. ∠ABD ≌ ∠ACD (şəkil 21). İsbat edin ki,
ΔADB ≌ ΔADC.
8.
Bərabər uzunluqlu AB və CD parçaları O nöqtəsində kəsişir və
AO ≌ OC. İsbat edin ki:
9.
Şəkil 22-də OA ≌ OC və OB ≌ OD-dir. İsbat edin ki:
10.
Hər hansı bucağın tərəfləri üzərində təpədən başlayaraq konqruyent
iki parça ayrılmışdır. Hər iki parçanın son uc nöqtəsindən
bucağın ikinci tərəfinə perpendikulyar çəkilmişdir. Bu perpendikulyarların
konqruyent olduğunu demək olarmı?
(İti, düz və kor bucaqlara
baxın.)
11.
A bucağının tənböləninə perpendikulyar olan düz xətt bucağın
tərəflərini B və C nöqtələrində kəsir. ΔABC-nin bərabəryanlı olduğunu
demək olarmı?
12.
ABC üçbucağının B təpəsindən çəkilən medianı AC oturacağını
D nöqtəsində kəsir və D nöqtəsindən əks tərəfə E nöqtəsinə qədər
uzadılaraq DE ≌ BD parçalarını ayırır. ∠BAD = 48° və ∠BCD = 50°
olarsa, ∠BAE-ni tapın.
13.
ABC üçbucağının BD hündürlüyü çəkilmişdir, ∠ABD və ∠CBD
konqruyentdir. BD hündürlüyü üzərində hər hansı M nöqtəsi qeyd
edilmişdir. AM və MC parçalarının konqruyent olduğunu isbat edin.
14.
Konqruyent üçbucaqlarda konqruyent tərəflərə çəkilmiş medianların
konqruyent olduğunu isbat edin.