6.
ΔABC bərabəryanlıdır: AB ≌ AC. A təpəsindən çəkilən tənbölən
BC tərəfini D nöqtəsində kəsir. ABD və ACD üçbucaqlarının konqruyentliyini
söyləmək olarmı? Cavabınızı əsaslandırın.
7.
Şəkil 15-də EC = 19,5 m, CD = 1800 sm, ED = 0,027 km,
AC = 18000 mm, BC = 1950 sm olarsa, gölməçənin eni (AB) nə
qədər olar?
8.
ABCDA1B1C1D1 kubu (şəkil 16) verilmişdir.
Onun üzlərində göstərilmiş
üçbucaqlardan konqruyent olanları göstərin. Bu üçbucaqların
hansı əlamətə görə konqruyent olduğunu əsaslandırın.
9.
Praktik iş: Kağızdan hər hansı ABC üçbucağı kəsin və onu A təpəsi
ətrafında 90° saat əqrəbinin hərəkəti istiqamətində döndərin. Alınan
üçbucaq və ABC üçbucağı haqqında nə deyə bilərsiniz?
10.
O mərkəzli çevrənin AB və CD diametrlərini çəkin. AOC və BOD
üçbucaqları haqqında fikirlərinizi söyləyin. BD və AC vətərlərinin
cəmi 24,6 sm olarsa, hər vətərin uzunluğu neçə millimetr olar?