11.
Sizcə, aşağıdakılardan hansı məlumatı dairəvi diaqramla təqdim
etmək əlverişli deyil? Cavabınızı izah edin.
a) Yeniyetmələr arasında aparılan
sorğuya əsasən könüllülük
fəaliyyətinə daha çox cəlb edilənlərin sayının müəyyən edilməsi;
b) Ev tapşırıqlarının həll edilməsinə
kömək edən valideynlərin sayının
müəyyən edilməsi;
c) Azərbaycanda ən dadlı beş yemək
növünün araşdırılması;
d) “İnsanlar niyə idman edirlər?”
məsələsinin araşdırılması.
12.
Hərbi qüvvələr: Vətən Müharibəsi Qəhrəmanı adı alan 83 nəfərdən
36 nəfəri Xüsusi Təyinatlı Qüvvələrin, 21 nəfəri Quru
Qoşunlarının, 12 nəfəri Sərhəd Qoşunlarının, 7 nəfəri Hərbi Hava
Qüvvələrinin, 4 nəfəri Daxili Qoşunların, 2 nəfəri isə Hərbi Dəniz
Qüvvələrinin hərbi qulluqçusudur. Digər 1 hərbi qulluqçunun
xidmətdə olduğu silahlı dəstə isə gizli saxlanılır.
a) Məlumata əsasən cədvəl tərtib
edin.
b) Verilən sayları faizlə ifadə edin.
c) Məlumata uyğun piktoqram və
dairəvi diaqram qurun.
d) Hansı təqdimatın müqayisə üçün
daha əlverişli olduğunu deyin.
Farengeytin nə olduğunu bilirsinizmi?
Temperatur, əsasən, dərəcə Selsi (° C) ilə, bəzən isə Farengeyt
(° F) ilə ölçülür. Temperaturun bu iki ölçü vahidləri arasında əlaqə
vardır:
- Selsi Farengeytə çevrildikdə: F =
9
5
• C + 32 düsturundan,
- Farengeyt Selsiyə çevrildikdə: C =
5
9
• (F-32) düsturundan istifadə edilir.
MİSAL 1:
25° C-ni Farengeytə çevirin.
HƏLLİ:
Selsini Farengeytə çevirmək üçün: F =
9
5
• C+ 32
düsturundan istifadə edək: C = 25 götürülür:
F =
9
5
• 25 + 32 = 77°F.
Cavab: 77° F.
MİSAL 2:
68° F-i Selsiyə çevirin.
HƏLLİ:
Farengeyt! Selsiyə çevirmək üçün C =
5
9
• (F-32)
düsturundan istifadə edək:
F = 68 götürülür,
C =
5
9
• (68 - 32) = 20°C.
Cavab: 20°C.