Üçbucaqların konqruyentliyini yoxlamaq üçün heç də onları üst-üstə yerləşdirmək və ya onların bütün altı əsas elementinin (üç tərəfi və üç bucağı) konqruyentliyini yoxlamaq vacib deyil. Bunun üçün üçbucaqların bir neçə əsas elementinin qarşılıqlı konqruyentliyinin yoxlanılması kifayət edir. Üçbucaqların konqruyentlik əlamətləri bunu ifadə edir.
İki tərəfi və onlar arasındakı bucağına görə üçbucaqların konqruyentlik əlaməti (I əlamət)