Hər hansı fiquru yerdəyişmə nəticəsində digər fiqurun
üzərinə qoyduqda, bu fiqurlar tamamilə üst-üstə düşürsə,
belə fiqurlar
konqruyent
və ya bərabər
fiqurlardır.
Konqruyent fiqurların forması və uyğun ölçüləri eynidir.
Həndəsədə “bərabər fiqur” ifadəsi əvəzinə çox zaman
“konqruyent fiqur” ifadəsi işlədilir.
Bu bölmədə siz konqruyent üçbucaqlar və onların
konqruyentlik əlamətləri ilə tanış olacaqsınız.
Üçbucaqların konqruyentliyi
≌ işarəsinin köməyi ilə
yazılır.