17.
Bazar ertəsi 7-ci sinifdə oxuyan qızlardan 1 nəfər, oğlanlardan isə
5 nəfər məşqə gəlmədi və məşqdəki qızların sayı oğlanların sayından
2 dəfə çox oldu. Çərşənbə günü 1 oğlan və 9 qız məşqdə iştirak
etmədi. Bu zaman oğlanların sayı qızların sayından 1,5 dəfə çox oldu.
7-ci sinifdə neçə şagird oxuyur?
18.
Məsələləri ikidəyişənli xətti tənliklər sistemi tərtib etməklə həll edin:
a) Uyğun tərəfləri paralel olan iki bucaqdan biri o birinin 3 mislindən
26° kiçikdir. Bu bucaqları müəyyən edin (şəkil 7).
b) Uyğun tərəfləri perpendikulyar olan iki bucaqdan biri o birindən 75°
böyükdür. Bu bucaqları müəyyən edin.
19.
a) y = kx + l xətti funksiyasının qrafiki A(3, -2) və B(-2, 3) nöqtələrindən
keçir, k və l ədədlərini tapın.
b)
ax + by = c xətti tənliyinin qrafiki M(0,5, -1) və B(-2,4; -3) nöqtələrindən
keçir, k = -
a
b
və l =
c
b
ədədlərini tapın və tənliyi y = kx + l şəklində yazın.
20.
İki briqadadan biri yolun 160 m, digəri isə 180 m hissəsini təmir etməlidir.
Birinci briqada gün ərzində yolun 25 metrini, ikinci briqada isə
40 metrini təmir edir. Neçə gündən sonra ikinci briqadanın təmir
edəcəyi yolun uzunluğu birincinin təmir edəcəyi yolun uzunluğundan
3 dəfə az olar?
21.
Birinci torbada olan makaronun kütləsi ikinci torbadakından 3 dəfə
çoxdur. Birinci torbadan 8 kq makaron işlədildikdən və ikinci torbaya
12 kq makaron əlavə etdikdən sonra hər torbada qalan makaronun
kütləsi bərabər oldu. Əvvəl hər torbada nə qədər makaron vardı?
22.
a) Səkkiz kiçik və altı böyük yeşiyə 232 kq alma yerləşdirdilər. Hər
kiçik yeşikdə olan almanın kütləsinin hər böyük yeşikdəki almanın
kütləsindən 6 dəfə az olduğu məlumdur. Hər kiçik və böyük yeşikdə
nə qədər alma olduğunu tapın.
b) Kinoteatrın iki zalında birlikdə 534 tamaşaçı yeri var. Birinci zaldakı
yerlər 12 eyni sırada, ikinci zalda isə 15 eyni sırada yerləşdirilmişdir.
Birinci zalda hər sırada olan yerlərin sayı ikinci zalda hər sırada olan
yerlərin sayından 4 yer çoxdursa, hər zalda neçə yer var?
Özünüzü yoxlayın