7.
İki çəndə 140 l su vardı. Birinci çəndən 26 l, ikinci çəndən isə 60 l su
işlədildikdən sonra birinci çəndə ikincidəkindən 2 dəfə çox su qaldı.
Əvvəlcə hər çəndə neçə litr su var idi?
8.
Verilmiş tənliklər sisteminə uyğun məsələlər tərtib edin və müxtəlif
üsullar vasitəsilə tənliklər sistemini həll edin.
a)
{
x + 3y = 22
x
3
+
y
2
= 11
9.
Tarazlıq: Tarazlıqda olan tərəzinin sol tərəfinə 9 eyni külçə qızıl,
sağ
tərəfinə isə 11 eyni külçə gümüş qoyulmuşdur. Əgər bir külçə qızılla
bir külçə gümüşün yerini dəyişsək, onda tərəzinin sol tərəfi 13 q yüngül
olar. Bir külçə qızıl və bir külçə gümüş neçə qramdır?
10.
Birinci fəhlə 15 gün, ikinci fəhlə isə 14 gün işlədi və birlikdə 234 manat
pul aldılar. Birinci fəhlənin 4 gün üçün aldığı pulun ikinci fəhlənin
3 gün üçün aldığı puldan 22 manat çox olduğu məlumdur. Hər fəhlənin
bir gün üçün aldığı pulun məbləğini müəyyən edin.
11.
Bir bidonda o birindən 5 l çox süd var. Əgər birinci bidondan ikinciyə
8 l süd boşaldılarsa, ikinci bidonda birincidən iki dəfə çox süd olar.
Hər bidonda neçə litr süd vardı?
12.
Həndəsə: a) Düzbucaqlının
uzunluğu 4 dm artırıb, enini 1 dm azaltsaq,
düzbucaqlının sahəsi dəyişməz. Bu düzbucaqlının uzunluğunu
2 dm azaldıb, enini 3 dm artırsaq, düzbucaqlının sahəsi yenə də dəyişməz.
Düzbucaqlının perimetrini tapın.