Məsələnin şərtinə uyğun ikidəyişənli xətti tənliklər sistemi qurmaq üçün məsələnin şərti təhlil edilir, verilənlər və axtarılanlar müəyyən olunur. Axtarılanlar hərflərlə işarə edilərək, şərtə uyğun tənliklər qurulur.
Şərtə görə “4 dəftər və 8 qələm 3 manat = 300 qəpik” olduğuna görə 4 dəftər - 4x qəpik, 8 dəftər isə - 8y qəpik olar.
Onda sistemin birinci tənliyi: 4x + 8y = 300-dür.
Digər tərəfdən,
“3 qələm və 2 dəftər 1 manat 35 qəpik = 135 qəpik”-dir, deməli, ikinci tənlik 2x + 3y = 135 şəklindədir.
Beləliklə, məsələnin şərtinə uyğun tənliklər sistemi
Tənliklər sistemini hər hansı üsulla həll edərək x və y dəyişənlərinin qiymətini müəyyən edək:
Cavab: bir qələmin qiyməti 15 qəpik, bir dəftərin qiyməti 45 qəpikdir.