İkidəyişənli xətti tənliklər sistemini həll edərkən toplama üsulundan da istifadə olunur. Burada da məqsəd ikidəyişənli xətti tənlikdən birdəyişənli xətti tənlik alaraq tənliklər sistemini həll etməkdir.
Toplama üsulundan istifadə etmək üçün tənliklər sistemində iştirak edən eyni dəyişənlərin əmsalları əks ədədlər olmalıdır.
Burada alınan birdəyişənli 5x = 11 tənliyindən x = 2,2 olar. x dəyişəninin qiymətini tənliklər sisteminin hər hansı tənliyində yerinə yazıb, ikinci dəyişəni tapırıq. 3x + 4y = 6 tənliyində x-in yerinə 2,2 yazsaq:
3 • 2,2 + 4y = 6 və y = -0,15 alarıq.
Beləliklə, verilmiş xətti tənliklər sisteminin kökü (2,2; -0,15) olar.
Əgər xətti tənliklər sistemində iştirak edən eyni dəyişənlərin əmsalları əks ədədlər deyilsə, dəyişənlərdən hər hansı birinin əmsallarını əks ədədlərə çevirmək lazım gəlir. Bunun üçün tənliklərin hər ikisinin və ya hər hansı birinin hər tərəfi elə ədədə vurulur ki, dəyişənlərdən birinin əmsalları əks ədədlər olsun.