Hər tənlikdə hansı dəyişənin digəri ilə əvəz edilməsinin daha əlverişli
olduğunu izah edin. Cavabınızı əsaslandırın.
2.
Şəkil 4-də tərəzinin sağ və sol tərəflərində tərəzi daşları elə yerləşdirilmişdir
ki, tərəzi taraz vəziyyətdə qalmışdır. Burada qırmızı daşların hər
biri a qram, göy daşların hər biri b qram, sarı daşların hər biri isə 1 qramdır.
Şəklə əsasən ikidəyişənli xətti tənliklər sistemi yazın.