ÇALIŞMALAR
1.
Verilmiş ikidəyişənli xətti tənliklərdə y dəyişənini x ilə ifadə edin:
2.
Qrafikləri şəkil 2-də verilmiş tənliklər sisteminin kökünü müəyyən edin:
3.
Verilmiş (0; - 3), (-2; 0), (-6; 2) ədədlər cütünün
xətti tənliklər sisteminin kökü olduğunu necə yoxlaya bilərsiniz?
4.
y = 2x-3 və x + y = 3 tənlikləri verilmişdir.
a) Bu tənliklərin hər ikisini ödəyən ədədlər cütünü seçmə yolu ilə müəyyən
edin. Ədədləri x və y dəyişənlərinin yerinə qoymaqla cavabınızın doğruluğunu
yoxlayın.
b) Bu tənliklərin qrafiklərini qurun və onların kəsişmə nöqtəsinin koordinatlarını
yazın.
Aldığınız ədədlər cütü seçdiyiniz ədədlərlə eyni oldumu?
5.
Verilmiş tənliklər sistemini qrafik üsulla həll edin.
6.
Sistemə daxil olan hər tənliyin qrafikinin OX və OY oxları ilə kəsişmə nöqtələrini
qeyd edin və düz xətlə birləşdirin. Alınmış düz xətlərin kəsişmə nöqtəsinin
koordinatlarını tapın.