İkidəyişənli xətti tənliklər sistemini bir neçə üsulla həll etmək olur. Onlardan biri ikidəyişənli xətti tənliklər sisteminin qrafik üsulla həllidir.
Burada aşağıdakı şərtlərə diqqət edilir:
Burada alınan hər iki xətti funksiyanın qrafikini quraq:
1) y = 2x - 4 2) y = 5 - x
x | y |
0 | -4 |
2 | 0 |
x | y |
0 | 5 |
5 | 0 |
Şəkil 1-dən göründüyü kimi y = 2x - 4 və y = 5 - x tənliklərinin qrafikləri A(3; 2) nöqtəsində kəsişir. Deməli, tənliklər sisteminin kökü (3; 2) cütüdür.
Cavab: (3; 2).
Qrafiklərin kəsişmə nöqtələrinin koordinatlarını dəqiq müəyyən etmək bir çox hallarda çətin olduğu üçün ikidəyişənli xətti tənliklər sisteminin qrafik üsulla həlli həmişə əlverişli olmur.