XƏTTİ TƏNLİKLƏR
SİSTEMİ
BÖLMƏ 8
İki və daha çox tənliyin birlikdə yazılışı onların
sistem şəklində yazılışıdır. Bu bölmədə bəzi
tənliklər sisteminin həlli üsullarını sizə təqdim
edirik.
Tənliklər sisteminin ən sadəsi ikidəyişənli xətti
tənliklər sistemidir. Tənliklər sistemini həll edərkən
düz xətlərin qrafikinlərinin qarşılıqlı vəziyyətlərini, bir
dəyişənin digəri ilə ifadə edilməsini, tənliklərin tərəf-tərəfə
toplanmasını tətbiq etməklə hansı üsulun daha
əlverişli olduğuna siz qərar verəcəksiniz. Bir çox
situasiya məsələlərini tənliklər sistemi qurmaqla həll
etməyi bacaracaqsınız.