2.
Şəkil 18-də verilmiş düz xətlərlə aşağıda verilmiş ikidəyişənli xətti tənliklər
arasındakı uyğunluğu müəyyən edin:
3.
4x - 9y = 9y + 4x - 7 tənliyinin kökü haqqında fikirlərinizi söyləyin.
4.
Şagird 5 dəftər və 6 qələmə 2 manat 10 qəpik pul xərclədi. Dəftər 30 qəpikdirsə,
qələmin qiyməti neçə qəpik olar?
5.
x = 4 və x = -2 tənlikləri ilə verilmiş xətləri qurun. Alınan xətlər haqqında
fikirlərinizi söyləyin.
6.
Düzbucaqlı koordinat sistemində: x + y = 1, x-y = 1, y-x=1 və -x-y=1
tənliklərinin qrafiklərini qurun. Bu qrafiklərin hüdudlandırdığı fiqur haqqında
fikirlərinizi deyin.
7.
Düzbucaqlı koordinat sistemində x + y = 3 və x - 2y = -3 tənliklərinin qrafikini
qurun. Alınan düz xətlərin kəsişmə nöqtəsinin koordinatlarını yazın.
8.
Usta 3 gün, şagirdi isə 2 gün işləyərək birlikdə 400 detal hazırladılar. Onlardan
hər biri neçə detal hazırlayar (mümkün bir cavab yazın)?
a) Məsələnin həlli üçün ikidəyişənli xətti tənlik qurun.
b) Aşağıda verilmiş köklərdən hansının məsələnin kökü olduğunu araşdırın:
1) (100; 50);
2) (30; 155);
3) (270; 130);
4) (90; 65).
9*.
8x + 14y = 32 tənliyinin kökünün tam ədədlər olduğunu bilərək araşdırın.