ÇALIŞMALAR
1.
Aşağıda verilmiş nöqtələr 3x + 4y = 12 tənliyinin qrafikinə aiddirmi?
2.
Bir nöqtənin koordinatları bir neçə tənliyin kökü ola bilərmi? Bu halda həmin
tənliklərin qrafikləri hansı vəziyyətdə yerləşmiş olar?
a) 3x-y = -5;
-x + 10y = 21;
11x+ 21y= 31
tənliklərinin hər üçünün qrafiki A(-1; 2) nöqtəsindən keçirmi? Nə üçün?
b) 0,2x + 3y = 4,5;
-x + 4y = 6;
5x - 2y = -3
tənliklərinin hər üçünün qrafikinə aid olan nöqtə varmı? Əgər varsa, bu
nöqtəni müəyyən edin.
3.
Aşağıda verilmiş tənliklərin qrafiklərini qurun:
4.
a) 24x- 15y = 42 tənliyinin qrafikinin A(3; 2a) nöqtəsindən keçdiyi məlumdursa,
a-nı tapın.
b) 6x + 9y = - 21 tənliyinin qrafikinin B(a; - 5) nöqtəsindən keçdiyi məlumdursa,
a-nı tapın.
5.
Bağçada bir neçə dovşan və kəklik var. Onların ayaqlarının sayı 24-dür.
Bağçada neçə dovşan və neçə kəklik ola bilər?
a) Məsələni həll etmək üçün ikidəyişənli xətti tənlik qurun və mümkün cavabları
qeyd edin.
b) Alınan xətti funksiyanın qrafikini qurun