3)
5x - 2y = 8 tənliyinin kökü tənliyi doğru bərabərliyə çevirən istənilən
ədədlər cütü ola bilər.
Belə ki x dəyişəninin yerinə hər hansı ədəd yazılır
və y-in qiyməti tapılır.
Alınan ədədlər cütü (x, y) şəklində yazılır. Bu cüt
verilmiş tənliyin kökü olur.
Məsələn, x = 1 olarsa, 5 • 1-2y = 8 və y = -1,5 olar. Deməli,
(1; -1,5) cütü 5x - 2y = 8 tənliyinin köküdür.
ÇALIŞMALAR
1.
Verilmiş tənliklər ikidəyişənli xətti tənlikdirmi?
ax + by = c şəklində verilmiş ikidəyişənli xətti tənliklərdə a, b və c əmsallarını göstərin.
2.
Cədvəldə x və y dəyişənlərinin qiymətləri verilmişdir.
x |
-5 |
-4 |
-3 |
-2 |
0 |
4 |
y |
0 |
3 |
4 |
-3 |
-5 |
-3 |
Bu ədədlər cütündən hansı:
a) 2x + y = -5;
b) x + 3y = - 5 tənliyinin köküdür?
3.
(3;—10); (- 3; 12); (0,1; 11); (1; 2); (2; 1) cütlərindən hansı 10x + y = 12 tənliyinin köküdür?
4.
Kökü: a) x = 3; y = 1,5
b) x = 0,7; y = -5 olan hər hansı ikidəyişənli xətti tənlik
tərtib edin. Həmin tənliklərin digər bir neçə kökünü yazın.
5.
Verilmiş tənliklərdə y dəyişənini x ilə ifadə edin. Hər tənliyin hər hansı kökünü yazın.
6.
Verilmiş tənliklərdə x dəyişənini y ilə ifadə edin. Hər tənliyin hər hansı kökünü yazın.
7.
x + 2y = 11 tənliyinin eyni iki ədəddən ibarət olan kökünü müəyyən edin.
8.
ax + 2y = 8 tənliyinin köklərindən biri (2; 1) cütü olarsa, a əmsalını müəyyən edin. Həmin tənlikdə x = 5 olduqda
y-in qiymətini hesablayın.