7.
Absisi “0”-a bərabər olan nöqtələr hansı düz xətti əmələ gətirir? Bəs ordinatı
“0” olan nöqtələrin hansı düz xətti əmələ gətirdiyini deyə bilərsiniz?
Həmin düz xətləri düsturla verin.
8.
y = kx funksiyası y = kx + l funksiyasının xüsusi halıdır:
a) Hansı nöqtə k-nın qiymətindən
asılı olmayaraq həmişə y = kx funksiyasının
qrafiki üzərində yerləşir?
b) Düz mütənasib asılılığın qrafikini
qurarkən neçə nöqtənin koordinatlarını
bilmək kifayətdir? Sizcə, bu nöqtələrdən birinin hansı nöqtə götürülməsi
məsləhətdir?
9.
Camal xətti funksiyanın qrafikini araşdıraraq aşağıdakı təklifləri müəyyən
etdi. Onun fikirlərinə münasibətinizi bildirin. Hansı təklifin doğru, hansının
yanlış olduğunu əsaslandırın.
a) y = 5x + 2 funksiyasının qrafiki
ordinat oxunu (0; 2) nöqtəsində kəsir;
b) y = -3x - 1 funksiyasının qrafiki
absis oxunun müsbət istiqaməti ilə kor
bucaq əmələ gətirir və ordinat oxunu kəsmir;
c)
y =
3x - 4
2
və y = 1,5x - 2 funksiyalarının qrafikləri üst-üstə düşür;
d)
y =
6x - 10
5
və y =
-6 + 7x
3
funksiyalarının hər ikisinin qrafiki OY oxunu eyni nöqtədə kəsir.
10.
y = -0,5x + 3 funksiyası üçün:
a) x = -12 olduqda, y-in qiymətini,
b) y = -1 olduqda, x-in qiymətini
tapın.
11.
y = kx + 2 funksiyasının qrafikinin:
nöqtəsindən keçdiyi məlumdursa, k - bucaq əmsalının qiymətini tapın.
12.
y = -3x + b funksiyasının qrafiki:
nöqtəsindən keçdiyi məlumdursa, b sərbəst əmsalının qiymətini tapın.
13.
Şəkil 11-də təsvir olunmuş y = kx + l xətti funksiyalar üçün k və l-in işarəsini
müəyyən edin: