Xətti funksiya - y = ax + b düsturu ilə verilən funksiyadır (burada a və b ədədlərdir), a bucaq əmsalı, b sərbəst əmsaldır.
Xətti funksiyanın qrafiki düz xətdir.
x | 0 | 1 | 2 | 3 |
y | -1 | 2 | 5 | 8 |
Bu ədədlər cütünə uyğun nöqtələr düzbucaqlı koordinat sistemində qeyd edək və xətlə birləşdirək (şəkil 4). Alınan qrafik düz xətt oldu.
Düzbucaqlı koordinat sistemində y = ax + b funksiyasının qrafiki olan düz xətt absis və ordinat oxlarından heç olmasa birini kəsir.
Düz xəttin OX və OY oxlarını kəsdiyi nöqtələrin koordinatını müəyyən etmək üçün:
Doğrudan da,
Beləliklə, y = ax + b funksiyasının qrafiki OX (absis) oxunu ( -
b
a
, 0 )
nöqtəsində, OY (ordinat) oxunu isə (0, b) nöqtəsində kəsir (şəkil 5).