“Funksiya”
riyaziyyatın əsas anlayışlarından biridir. İki dəyişən
kəmiyyət arasında müəyyən asılılıq varsa, bu dəyişənlər bir
funksiya əmələ gətirir.
Hər hansı dəyişən kəmiyyətin bir qiyməti müəyyən qayda ilə
digər dəyişən kəmiyyətin də ona uyğun hər hansı qiymət almasına
səbəb olursa, onda ikinci dəyişən birincidən asılı olur. Birinci
dəyişənə
sərbəst
(asılı olmayan), ikinci dəyişənə asılı dəyişən,
onlar arasındakı qanunauyğuluğa isə funksional asılılıq
(funksiya)
deyilir.
Məsələn, sürəti 70 km/saat olan avtomobil 1 saata 70 km,
2 saata 140 km, 5 saata 350 km məsafə qət edər və s. Yəni hər
saata bir məsafə uyğundur. Burada zaman və məsafə arasındakı
qanunauyğunluq s = v ⋅ t qaydası ilə verilmişdir.
Funksiya - X çoxluğundan hər bir x elementinə
Y çoxluğunun
yeganə y elementini qarşı qoyan uyğunluqdur (qaydadır).