Göründüyü kimi, toplanmış məlumatı sütunlu, dairəvi diaqramlarda
və ya qrafiklə təqdim etməklə nəticələri müqayisə etmək daha
əyanidir. Bu məlumatları digər üsullarla da təsvir etmək olar.
MİSAL 2: Sinif şagirdləri arasında sevimli musiqi növünün seçilməsi haqqında
məlumatlar toplanmışdır. Bu məlumatları piktoqram (şəkil 11) vasitəsilə
təqdim edək:
Şəkildəki piktoqramda sinif şagirdlərindən neçəsinin hansı musiqini
sevməsi haqqında məlumat təqdim edilib?
- Piktoqramda neçə şagird təsvir edilib?
- Neçə şagird muğamı xoşlayır?
- Əgər hər simvol 3 şagirdi əks etdirsə idi, neçə şagirdin estrada
musiqisini xoşladığını söyləmək olardı?
- Sizcə, bu piktoqramda bir simvolun 3 nəfəri əks etdirməsi
uğurlu sayıla bilərmi? Nə üçün?
- Əgər rok musiqi növünü seçən şagirdlərin sayı 50 nəfər olsa idi,
bir simvolun 2 nəfəri əks etdirməsi ilə təsvir edilən piktoqram
necə alınardı? Cavabınızı izah edin.
Sevimli musiqi növünün araşdırılması ilə bağlı məlumatı barqrafın
(şəkil 12) köməyi ilə də təqdim edək:
- Barqrafı qurarkən şaquli ox üzərində miqyası necə seçdiniz?
- Barqrafdakı yığımların ən son nöqtələrini düz xətt parçaları ilə birləşdirərək
qrafik qurun. “Ən sevimli musiqi növü” kimi məlumatı
təqdim etmək üçün hansı təqdimetmə üsulu daha əlverişli oldu?
Piktoqram və barqraf arasında olan oxşar və fərqli cəhətləri izah edin.
MİSAL 3: Məşhur ingilis yazıçısı Vilyam Şekspirin “Hamlet” əsərinə çəkilmiş
filmə 3 ay ərzində kişi və qadın tamaşaçıları arasında baxış sayı
cədvəldə təqdim edilib.
Aylar |
Kişi sayı |
Qadın sayı |
May |
56 |
42 |
İyun |
38 |
67 |
İyul |
44 |
50 |
Verilənlərə görə qruplaşdırılmış histoqram (şəkil 13) quraq:
- Üfüqi ox üzərində ayların adı bərabər məsafələrdə qeyd edilir.
- Şaquli ox üzərində 1-dən 100-ə qədər ədədlər 10-10 olmaqla
bərabər məsafələrdə qeyd edilir.
- Hər ayda olan baxış sayı düzbucaqlılarla təsvir edilir (kişi və qadınların
sayına uyğun düzbucaqlılar müxtəlif rənglə təqdim edilərsə,
müqayisə daha əyani olar).
- Diaqramdan istifadə edərək verilmiş aylarda filmə baxılma sayını
kişi və qadınların sayına görə müqayisə edin.