SÜTUNLU DİAQRAM (BARQRAF) (şəkil 8) qurmaq üçün aşağıdakı mərhələləri icra edək:
Sütunların görünüşünə görə onları müqayisə etmək çox asandır, deyilmi? Fikirlərinizi söyləyin.
QRAFİK QURMAQ (şəkil 9) üçün eyni düzbucaqlı koordinat sistemində 9, 6, 3 və 7 ədədləri verilişlərin adına uyğun olaraq nöqtə kimi qeyd edilir və ardıcıl olaraq parçalarla birləşdirilir.
DAİRƏVİ DİAQRAMIN qurulması:
Dairəvi diaqramda hər verilən məlumat dairə daxilində sektorlarla təsvir edilir. Hər sektor məlumata uyğun ədədin dairədə tutduğu hissəni əks etdirir.