1.
N bucağı 130° olan MNK korbucaqlı üçbucağı verilib. Aşağıdakı hansı təkliflərin
doğru olduğunu izah edin:
a) N təpəsindən MK tərəfinə çəkilən
hündürlük üçbucağın daxilində yerləşir;
b) M təpəsindən NK tərəfinə çəkilən
hündürlük üçbucağın daxilində yerləşir;
c) K təpəsindən MN tərəfinə çəkilən
hündürlük üçbucağın xaricində yerləşir;
d) MNK üçbucağının hündürlükləri
üçbucağın xaricində kəsişir.
2.
a) Üçbucağın hündürlüyü çıxdığı
təpədəki bucağı 30° və 42°-li iki bucağa
ayırır. Bu üçbucağın bucaqlarının dərəcə ölçüsünü müəyyən edin.
b)
Bərabəryanlı üçbucağın bucaqlarından biri
1) 68°;
2) 136°; 3) 100° olarsa,
digər bucaqlarını tapın.
3.
Üçbucağın bucaqlarından biri 60°-dir. Digər iki bucağının tənbölənləri arasındakı
iti bucaq neçə dərəcə olar?
4.
ABC üçbucağının B və C bucaqlarının tənbölənləri arasındakı bucaq 118°-dir.
A bucağının dərəcə ölçüsünü tapın.
5.
ABC üçbucağında ∠A = 70° və ∠C = 60°-dir. BD tənböləni ABC üçbucağını
ABD və BCD kimi iki üçbucağa ayırır. Bu üçbucaqların bucaqlarını tapın.
6.
ABC üçbucağında ∠B = 110°, ∠C = 50° və AD hündürlükdür. İsbat edin ki,
∠CAD = 2⋅∠BAD.
7.
Yan tərəfi 20 sm olan bərabəryanlı üçbucağın oturacağının uzunluğu perimetrindən
5 dəfə kiçikdir. Üçbucağın oturacağı neçə millimetrdir?
8.
Bərabəryanlı üçbucağın yan tərəfinin uzunluğu 14 dm-dir. Yan tərəflərin uzunluğu
və oturacağın iki mislinin cəmi 70 dm olarsa, bu üçbucağın perimetrini
hesablayın.
9.
Bərabəryanlı üçbucağın oturacağının uzunluğu 3,2 sm olub, onun perimetrinin
25%-ni təşkil edir. Bu üçbucağın yan tərəfinin uzunluğunu müəyyən
edin.
10.
Bərabəryanlı üçbucağın oturacağının yan tərəfinə nisbəti 3:4, perimetri oturacağının
5 mislindən 78 sm kiçikdir. Bu üçbucağın perimetrini müəyyən
edin.