2.
ABD üçbucağında AT tənböləni, BH hündürlüyü və DM medianı
çəkilmişdir. Cümlələri tamamlayın:
a)
AT tənböləndirsə, ∠BAT ≌...
b)
DM mediandırsa, BM ...
c)
BH hündürlükdürsə,... perpendikulyardır.
Hər bənddə alınan təklifdə şərtlə hökmün yerini dəyişin. Alınan
təkliflərin doğru olub-olmadığını müəyyən edin.
a)
∠BAT = 24° olarsa, ∠BAD-ni;
c)
BH ⊥ AD olarsa, ∠BHD-ni tapın.
b)
BM = 16,7 sm olarsa, AB-ni;
4.
İtibucaqlı üçbucaq çəkin. Onun hər hansı bir təpəsindən
Alınmış hündürlük, tənbölən və medianın uzunluqlarını müqayisə edin.
5.
Korbucaqlı üçbucağın kor bucaq təpəsindən çəkilən medianı, tənböləni
və hündürlüyü şəkildəki kimi təsvir edilib (şəkil 51). AM median,
AH hündürlük, AT tənbölən olduğu qeyd edilib. Sizcə, bu fikir
doğrudurmu? Əgər səhvdirsə, doğru cavabı şəkildə təsvir edin.
6.
a) Düzbucaqlı ABC üçbucağı çəkin. Onun düz bucaq təpəsindən
çıxan medianını, hündürlüyünü və tənbölənini qurun.
b) ABC üçbucağının BK hündürlüyü verilib. ∠B = 90°. Alınmış ABK
və CBK üçbucaqlarının növünü müəyyən edin.
7.
Bucaqlarından biri 120° olan üçbucaq çəkin. Onun iti bucaqlarının
təpəsindən çəkilən hündürlüyünü təsvir edin.
8.
ABC üçbucağında A düz bucaq təpəsindən AN tənböləni və AH
hündürlüyü çəkilmişdir. NAC və AHC bucaqlarının cəmini tapın.
9.
ABC üçbucağında ∠DBC = 78°-dir. BH hündürlük və BM tənböləndir
(şəkil 52). AHB bucağının tənböləni HN olarsa, CBM və BHN
bucaqlarının fərqini tapın.