Əldə olunmuş məlumatları müxtəlif üsullarla təqdim etmək mümkündür. Onlardan ən çox istifadə olunan diaqramlardır.
Məlumatın həndəsi fiqurlar vasitəsilə təsvir edilməsi DİAQRAM adlanır. Diaqramın müxtəlif növləri var: sütunlu diaqram (şəkil 6), dairəvi diaqram (şəkil 7), qrafik (şəkil 9), piktoqram (şəkil 11) və s. Sütunlu diaqramda, barqrafda, histoqramda həndəsi fiqur kimi düzbucaqlıdan, dairəvi diaqramda isə dairədən istifadə olunur. Bu təsvirlərdən hansının istifadəsinin müqayisə üçün daha əlverişli olması isə məlumatın xarakterindən asılıdır.
Sütunlu diaqramın növləri olan barqraf və histoqramda məlumata uyğun qurulmuş düzbucaqlıların hündürlükləri müqayisə edilir.
BARQRAF məlumatın birsütunlu təsviridir. Barqrafda sütunlar arasında məsafə qoyulur.
HİSTOQRAM birsütunlu və ya bir neçə sütunlu olur. Məlumat intervallara görə verildikdə birsütunlu histoqramdan istifadə edilir. Məlumatda eyni istiqamətdə bir neçə kateqoriya müqayisə edilirsə, qruplaşdırılmış sütunlarla təsvir edilən histoqramdan istifadə edilir.
QRAFİK və ya xətti qrafik məlumata uyğun qurulmuş nöqtələrin ardıcıl olaraq xətt vasitəsilə birləşməsidir.
PİKTOQRAM məlumatın rəsm vasitəsilə təsviridir.
Diaqramların bu növlərini nümunə ilə təqdim edək.
Verilişin adı | Verilişi seçən şagirdlərin sayı | Bütün şagirdlərin sayına gərə nisbət | Nisbətin onluq kəsr şəklində yazılışı | Bütün şagirdlərin sayına görə faiz |
“Sevimli riyaziyyat müəllimi” | 9 |
9
25 |
0,36 | 36% |
“Çətin həll edilən riyazi məsələlər” | 6 |
6
25 |
0,24 | 24% |
“Məchullar” | 3 |
3
25 |
0,12 | 12% |
Heç biri | 7 |
7
25 |
0,28 | 28% |
Cədvəldəki məlumata uyğun sütunlu diaqram, qrafik və dairəvi diaqram quraq.