Üçbucağın üç hündürlüyü var və onlar (və ya uzantıları) bir nöqtədə
kəsişir (şəkil 48). Verilmiş MA, KB və ND parçalarının hündürlük olduğuna
əmin olmaq üçün MA ⊥ NK, ND ⊥ MK və
KB ⊥ MN olduğunu
göstərmək olar. Tənbölən və medianlardan fərqli olaraq üçbucağın hündürlüklərinin
və ya uzantılarının kəsişmə nöqtəsi bu üçbucağın daxilində,
üzərində və ya xaricində yerləşir.