ÇALIŞMALAR
1.
40°, 70°, 90°, 110°, 150°-li bucaqların tənbölənlərini pərgar və xətkeşin
köməyi ilə qurun. Qurmanı necə yerinə yetirdiyinizi izah edin.
Tənbölənin əmələ gətirdiyi bucaqları transportir vasitəsilə ölçün.
Qurmanın dəqiq aparıldığını araşdırın.
2.
46°, 65°, 98°, 163°-li bucaqların tənbölənlərini pərgar və xətkeşin
köməyi ilə qurun. Qurmanın nəticəsini araşdırın.
II. ÜÇBUCAĞIN TƏNBÖLƏNİ
Üçbucağın tənböləni - bu
üçbucağın hər bucağının tənböləninin
qarşı tərəfə qədər olan hissəsidir (şəkil 36, a, b, c).
Üçbucağın üç tənböləni var (AM, BN, CK) və onlar bir nöqtədə
kəsişirlər (şəkil 36). O nöqtəsi tənbölənlərin kəsişmə nöqtəsidir.
MİSAL:
ABC üçbucağında AM, BN və CK tənbölənlərdir. ∠BAM= 35°,
∠ABN= 42° olarsa, ABC üçbucağının bucaqlarını tapın.
HƏLLİ:
Tənbölənin xassəsinə görə:
∠BAM ≌ ∠CAM = 35°, ∠ABN ≌ ∠CBN = 42°, olduğundan
∠BAC = 2 • 35° = 70° və ∠ABC = 2 • 42°= 84° olar.
Üçbucaqların daxili bucaqlarının cəmi 180° olduğuna görə:
∠ACB = 180° - (70° + 84°) = 26° olar.
Cavab: 84°, 70°, 26°
ÇALIŞMALAR
1.
MNK iti bucağı və onun ND tənböləni verilmişdir.
∠MND = 45,8°
olarsa, MNK və DNK bucaqlarının dərəcə ölçülərini müəyyən edin.
2.
ABC üçbucağının BE tənböləni çəkilmişdir. ∠B = 96°. ABE və
CBE bucaqlarının neçə dərəcə olduğunu tapın.