10.
Toğanalı kəndindən Kəlbəcərə olan yolun bir hissəsində Murovdağın
altı ilə tunel çəkilməsi planlaşdırılıb. Tunelin bir tərəfindən
dağın zirvəsinə olan yoxuşun uzunluğu 15,2 km, digər tərəfə enişin
uzunluğu isə 16,3 km-dir.
a) Tunelin uzunluğu ən çox neçə
kilometr ola bilər (tam ədədlə)?
b) Tunelin uzunluğu 11,6 km olarsa,
tunellə hərəkət zamanı yolun
uzunluğu nə qədər qısalmış olar?
11.
AB = 7,2 sm, AC = 18,2 sm, DB = 4,5 sm və DC = 6,5 sm
olduğu məlumdur. A, B, C və D nöqtələrinin bir düz xətt üzərində
yerləşdiyini söyləmək olarmı?
12.
Üçbucağın a və b tərəflərinin uzunluğu 8<a<12, 10 < b <15
şərtini ödəyir. Bu üçbucağın üçüncü tərəfinin uzunluğu hansı ən
yaxın iki tam ədəd arasında yerləşər?
13.
Şəkil 32-də ABCD dördbucaqlısı verilmişdir. AC parçasının uzunluğunun
ABCD dördbucaqlısının perimetrinin yarısından kiçik olduğunu
əsaslandırın.
14.
Üçbucağın a, b və c tərəfləri:
3,1<a<7,4;
8,2<b<13,
11<c<17,5
şərtlərini ödəyir. Bu üçbucağın perimetri ən çox hansı natural
ədəd ola bilər? Fikrinizi izah edin.
15.
Şəkil 33-də verilən üçbucaqlara görə x natural ədədi hansı aralıqlarda
yerləşər?