d) bərabəryanlı düzbucaqlı
üçbucaqda bucaqlar və tərəflər arasındakı
münasibətləri deyin, onların növünü müəyyən edin.
3.
a) a) ∠M < ∠K
< ∠N olarsa, MNK üçbucağının tərəflərini müqayisə edin.
b) ABC üçbucağında AB = 9 sm, AC
= 14 sm, BC = 8 sm olarsa, onun
bucaqlarını artan sıra ilə düzün.
4.
Düzbucaqlı üçbucaqda ən böyük tərəf hansıdır? İti bucaqlarından biri
34° olarsa, bu üçbucağın ən kiçik tərəfini müəyyən edin.
5.
Dilarə və Fərid A bucağı 70° olan bərabəryanlı ABC üçbucağını çəkdilər.
Dilarə bu üçbucaqda BC tərəfinin AB və AC tərəflərinin hər ikisindən
böyük olduğunu söyləyir, Fərid AB və BC tərəflərinin hər ikisinin eyni
uzunluqda olub AC tərəfindən böyük olduğunu deyir. Onlardan hansı
haqlıdır? Cavabınızı əsaslandırın.
6.
Bərabəryanlı ABC üçbucağının oturacağına paralel olan düz xətt AB tərəfini
M, AC tərəfini isə N nöqtəsində kəsir. MAN üçbucağının növünü
müəyyən edin.
7.
İsbat edin ki, BD tərəfi (şəkil 25) ABC bərabəryanlı
üçbucağının yan tərəfindən:
a) böyükdür (şəkil 25, a);
b) kiçikdir (şəkil 25, b). Cavabınızı
əsaslandırın.
Özünüzü yoxlayın
V. ÜÇBUCAQ BƏRABƏRSİZLİYİ
Üçbucağın tərəflərinin uzunluqları arasında aşağıdakı münasibət vardır.
TEOREM: Üçbucağın hər bir tərəfinin uzunluğu digər iki
tərəfinin
uzunluqları cəmindən kiçikdir. MN < MK + NK, MK < MN + NK,
NK < MK + MN (şəkil 26).
Üçbucağın tərəflərinin bu xassəsi “Üçbucaq bərabərsizliyi” adlanır.