8.
ABC üçbucağında (şəkil 21) ∠A = 63°, ∠C = 45° olduğu məlumdur.
ABC üçbucağının hər təpəsindən qarşı tərəfə paralel
düz xətlər keçirilmişdir. Bu düz xətlərin əmələ gətirdiyi üçbucağın
daxili və xarici bucaqlarını müəyyən edin.
9.
Şəbinə üçbucağın daxili bucaqlarının cəminin onun bütün xarici
bucaqlarının (bir təpədə iki xarici bucaq götürülür) cəmindən
4 dəfə kiçik olduğunu söyləyir. O haqlıdırmı?
IV. ÜÇBUCAĞIN TƏRƏFLƏRİ VƏ BUCAQLARI ARASINDAKI
MÜNASİBƏTLƏR
ABC üçbucağında (şəkil 22) ∠A-nın qarşısındakı tərəf hansıdır?
∠B və ∠C-nin qarşısındakı tərəfin adını qeyd edin.
PRAKTİK İŞ:
Müxtəliftərəfli ABC üçbucağı çəkin.
a)
Bu üçbucağın bucaqlarını transportirlə ölçün.
b)
Bucaqları dərəcə ölçülərinə görə artma sırası ilə yazın.
c)
AB, AC və BC tərəflərinin uzunluğunu xətkeşlə ölçün.
d)
Tərəflərin uzunluğunu artan sırada yazın.
e)
Bucaqların dərəcə ölçüləri ilə tərəflərin uzunluğu arasın-
da
hansı əlaqəni müəyyən etdiniz? Fikirlərinizi söyləyin.
Üçbucağın tərəfləri və bucaqları arasında aşağıdakı münasibət
doğrudur.
TEOREM: Üçbucaqda:
1) böyük tərəf qarşısında böyük bucaq durur;
2) böyük bucaq qarşısında böyük tərəf durur.
ΔMNK-da (şəkil 23);
∠M >∠N >∠K olarsa, NK > MK > MN olar.
ÇALIŞMALAR
1.
Şəkil 24-də verilmiş üçbucaqlarda hər tərəfin qarşısında duran
bucağı və hər bucağın qarşısında duran tərəfi göstərin.