4.
Ölçmə: Bir neçə şagird polad lövhənin qalınlığını ştangenpərgar
vasitəsilə ölçərək mində bir dəqiqliklə aşağıdakı nəticələri əldə
etdilər. Ədədlər düymlə verilmişdir: (1 düym ≈ 2,54 sm))
0,367 |
0,369 |
0,372 |
0,373 |
0,365 |
0,370 |
0,371 |
0,368 |
0,366 |
0,371 |
0,37 |
0,366 |
0,376 |
0,366 |
0,374 |
0,369 |
0,375 |
0,369 |
0,375 |
0,373 |
0,371 |
0,370 |
0,364 |
0,367 |
0,372 |
0,372 |
0,368 |
0,374 |
a)
Alınan ədədləri santimetrlə ifadə edin (kalkulyatordan istifadə
edin).
b)
Məlumatları tezlik cədvəlində təsvir edin.
c)
Hər bir ədəddən böyük və ya kiçik olan ədədləri söyləyin.
d)
0,365 düymdən böyük və 0,374 düymdən kiçik ədədlərin
sayı bütün ədədlərin sayının neçə faizini təşkil edir?
5.
Bir neçə pilotsuz uçan aparat (dron) haqqında məlumatın verildiyi
cədvəldən istifadə edərək aşağıdakı sualları cavablandırın:
PUA |
Bayraktar Akıncı |
Orbiter 2 |
Aerostar |
Hermes 450 |
Qanad açılışı |
20,6 m |
3 m |
7,5 m |
10,50 m |
Öz uzunluğu |
12,5 m |
1 m |
4,5 m |
6,10 m |
Hündürlüyü |
4,1 m |
1,3 m |
1,3 m |
1,80 m |
Maksimum kütlə |
5500 kq |
8,5 kq |
215 kq |
450 kq |
a)
Bayraktar Akıncı ilə Hermes 450-nin qanadlarının açılışı arasındakı
fərq nə qədərdir?
b)
Bayraktar Akıncının qanad açılışının öz uzunluğuna nisbətini
tapın və alınan ədədi onda birə qədər yuvarlaqlaşdırın.
c)
Əgər siz Hermes 450-nin modelini onun həqiqi ölçülərinin
0,5 metrini 2 sm qəbul etməklə düzəltmək istəsəniz, sizin
modelin uzunluğu nə qədər olar? Cavabı tama qədər yuvarlaqlaşdırın.
d)
3-cü bənddə verilən miqyasla düzəldilən Aerostar modelinin
qanad açılışı neçə santimetr olar?