ÇALIŞMALAR
1.
ABC üçbucağı çəkin. Onun hər təpədəki xarici bucağını təsvir
edin. Hər xarici bucağın hansı daxili bucaqların cəminə bərabər
olduğunu göstərin.
2.
Şəkil 19-da ΔABC təsvir olunmuşdur. Gülnar B təpəsindəki xarici
bucağın ∠ABD olduğunu, Əli bu bucağın ∠CBE olduğunu,
Yusif isə ∠DBE-nin xarici bucaq olduğunu söyləyir. Sizcə, onlardan
hansı B təpəsindəki xarici bucağı doğru təsvir edir? ∠ABD
və ∠CBE haqqında nə deyə bilərsiniz?
3.
MNK üçbucağının M təpəsindəki daxili bucağı:
həmin təpədəki xarici bucaq neçə dərəcə olar?
4.
Şəkil 20-də verilmiş üçbucaqlara əsasən “?” işarəsi ilə verilmiş
bucaqları müəyyən edin.