ÇALIŞMALAR
1.
Üçbucağın: a) iki iti bucağı; b) iki düz bucağı;
c) iki kor bucağı; d) bir kor və bir düz
bucağı ola bilərmi? Nə üçün? Cavabınızı əsaslandırın.
2.
a)
Düzbucaqlı üçbucağın
bucaqlarının növünü deyin. Düzbucaqlı üçbucağın düz
bucaq olmayan iki bucağının cəmi haqqında nə deyə bilərsiniz?
Bu cəm: 1) 90°-dən böyükdür; 2) 90°-dən kiçikdir; 3) 90°-yə
bərabərdir təkliflərindən
hansı doğrudur?
b) Bərabərtərəfli üçbucağın
bucaqları neçə dərəcədir?
3.
Dəftərdə hər hansı üçbucaq çəkin. Onun daxili bucaqlarını transportir vasitəsilə
ölçün. Bu bucaqların qiymətlərinin cəminin neçə dərəcə olduğunu müəyyən edin.
4.
Şəkil 14 (a, b, c, d)-də hansı bucaqlar doğru verilmişdir? Nə üçün?