a) AB tərəfini A nöqtəsindən əks
tərəfə düz xətt boyunca
uzadın. Alınan xarici bucağı BAD adlandırın.
b) AC tərəfini A nöqtəsindən əks
tərəfə düz xətt boyunca
uzadın. Alınan xarici bucağı CAF adlandırın.
c) BAD və CAF bucaqları haqqında
fikirlərinizi söyləyin.
d) DAF bucağı haqqında nə deyə
bilərsiniz?
e) ABC üçbucağının B və C
təpələrindəki xarici bucaqlarını
da eyni qayda ilə təsvir edin. Hər təpədə neçə xarici
bucaq alınır?
f) Üçbucağın bir təpədəki daxili və
bir xarici bucağı hansı
bucağı əmələ gətirir?