Məlumatların sonrakı addımlarda əlverişli istifadəsi üçün onların
münasib təqdim olunması vacibdir. Bu səbəbdən məlumatı təqdimetmənin
daha əlverişli müxtəlif üsullarından istifadə olunur.
I. CƏDVƏL ŞƏKLİNDƏ TƏQDİMETMƏ
Məlumatı cədvəl şəklində təqdim etmək əlverişli hesab edilir
və mətn şəklində verilmiş məlumata nisbətən cədvəl şəklində verilmiş
məlumatı oxumaq daha asandır. Hadisələrin baş verməsinin
sayına görə tezlik cədvəlləri qurulur.
MİSAL:
Cədvəldə verilmiş məlumata əsasən ailə üzvlərinin sayına
görə tezlik cədvəli qurun.
Polad Həşimov
küçəsi, ev 16-dakı
mənzillərdə yaşayan
ailə üzvlərinin sayı:
|
6 |
3 |
3 |
2 |
2 |
5 |
6 |
5 |
5 |
4 |
3 |
1 |
4 |
4 |
3 |
5 |
4 |
2 |
1 |
4 |
5 |
6 |
6 |
4 |
3 |
2 |
3 |
3 |
4 |
5 |
3 |
6 |
6 |
2 |
1 |
1 |
Tezlik cədvəlinə əsasən müəyyən edin:
a)
Ailə üzvlərinin sayı 3 nəfərdən çox olan neçə mənzil var?
b)
Ailə üzvlərinin sayı 1 nəfər olan mənzillərin sayı ailə
üzvlərinin
sayı 5 nəfər olan mənzillərin sayının hansı
hissəsini
təşkil edir?
HƏLLİ:
Göründüyü kimi, cədvəldə verilən məlumat qarışıqdır. Bu
məlumatı şəkil 3-dəki kimi tezlik cədvəlində təqdim etmək
daha əlverişlidir.
a)
Ailə üzvlərinin sayı 3 nəfərdən çox olan mənzillərin sayı:
7 + 6 + 6 = 19 mənzil;
b)
Ailə üzvlərinin sayı 1 nəfər olan 4 mənzil, ailə üzvlərinin
sayı 5 nəfər olan 6 mənzil var. Onda
4
6
=
2
3
olar.
ÇALIŞMALAR
1.
Kommunal xidmətlər. A şəhərində iyun ayı ərzində kommunal
xidmətlərlə əlaqədar müraciət edilən zənglərə aid məlumatı tezlik
cədvəli (şəkil 4) şəklində yazın. Zənglər sayını on-on intervallarda
qruplaşdırın. Zənglər sayına görə günlər üçün zənglər
cədvəlini araşdırmaqla aşağıdakı suallara cavab verin: