Qanad çal çəmənlərdə, süz, bahar!
Ellərə gəl, incilər düz, bahar!
Bülbül öpüb gülləri, dost desin,
Gül qızartsın busədən üz, bahar.
Gəz, dolan gülüstanı yel kimi,
Danışdır könülləri tel kimi.
Sevinc ver, sevinc gətir hər elə.
Sevinsin aləm bu şən el kimi!