ƏZİZ SİNİF RƏHBƏRİ
I
Ey mehriban müəllim,
Əziz sinif rəhbəri,
Sevirsən öz balantək
Sən bütün şagirdləri.
Nəqərat:
Məsləhətin qiymətli,
Əziz sinif rəhbəri.
Xoş rəftarlı, hörmətli,
Əziz sinif rəhbəri.
II
Hər sözündə məna var,
Söhbətlərində işıq.
Xoş rəftarlı, hörmətli,
Əziz sinif rəhbəri.
III
Biz dərsdən “5” alanda
Gözün fərəhlə dolur.
Tənbəl şagird görəndə
Ürəyin məyus olur.