MÖVZU 2

Meşə çarı obrazı isə əvvəlcə bağışlayır. Sonra obrazın təcavüzkar və bir qədər cəlbedici təsir zalım olduğu aydınlaşır.

Yeni mahnı öyrənək

QIZIL PAYIZ

Musiqisi Səid Rüstəmovun,
sözləri Mirmehdi Seyidzadənindir.

Payız gəlib, əsir külək,
Düşür yerə qızıl yarpaq.
Xəzəl olur hər gül-çiçək,
Qızıl rəngə dönür torpaq.

Yağış yağır narın-narın,
Almaları yuyur bağda.
Alov kimi rəngi narın,
Şölə saçır hər budaqda.

Göy üzündən bulud keçir,
Dərələri tutur duman.
Qanadlanıb quşlar köçür
Uzaqlara karvan-karvan.

SUALLAR

  1. Frans Şubertin “Meşə çarı” mahnı-balladasındakı real və qeyri-real (fantastik) obrazlar haqqında danışın.
  2. Səid Rüstəmovun Mirmehdi Seyidzadənin sözlərinə bəstələdiyi “Qızıl payız” mahnısında payız necə təsvir edilmişdir?