ŞƏNLİK MAHNISI
I
Gəlin, gəlin, uşaqlar,
Şənlik edək biz yenə.
Şirin nəğmə oxuyaq
Bu sevimli Vətənə.
Nəqərat:
Görün necə bəxtiyar,
Gözəl günlərimiz var.
II
Qarmon səsi çağırır
Bu gün bizi şənliyə.
Təzə mahnı oxuyaq,
Olsun sizə hədiyyə.
III
Bu gün əziz bayramdır,
Uşaqların bayramı.
Bu gün əziz bayramdır,
Qoy şənlik etsin hamı.
IV
Süfrəmizdə qoy olsun
Təbiətin neməti.
Min illərlə yaşasın
Azərbaycan milləti!