MƏKTƏBLİNİN YÜRÜŞ MAHNISI
Musiqisi Cahangir Cahangirovun,
sözləri Ənvər Əlibəylinindir.
I
Yollarda açdıq biz səhəri.
Min kəndi gəzdik, min şəhəri.
Sancdıq dağlara şanlı zəfər
bayrağı,
Hər yerdən gözəldir bizim Vətən
torpağı.
Nəqərat:
Səfər vaxtı geniş düzlər, göy
təpələr,
Coşqun dəniz keçdik.
Keçdi şən dəstəmiz,
Yorulmadıq əsla biz.
Yorulmadı qolumuz,
İrəlidir yolumuz.