MÖVZU 1
Üzeyir Hacıbəyli “Koroğlu” operasında müxtəlif xarakterli musiqi obrazları yaradıb. Xalqın mübariz bir kütləyə çevrilməsi operada böyük ustalıqla işlənib. Operada Koroğlunun, Həsən xanın, Nigarın, Keçəl Həmzənin və digərlərinin öz obrazına uyğun xarakteri var.
Digər bir xalq qəhrəmanı Qaçaq Nəbi haqqında dastan da xalq tərəfindən həmişə sevilib və həvəslə ifa edilib. Qaçaq Nəbi kəndliləri varlıların zülmündən qoruduğu üçün sadə insanların sevimli qəhrəmanına çevrilib.
Yeni mahnı öyrənək
QAÇAQ NƏBİ
I
Boz at, səni sər tövlədə bağlaram,
And içirəm, səni məxmər çullaram,
ay Boz at, çullaram.
Əgər məni bu davadan qurtarsan,
Qızıldan, gümüşdən səni nallaram,
ay Boz at, nallaram.
II
Nəbinin bığları eşmə-eşmədi,
Papağı güllədən deşmə-deşmədi,
deşmə-deşmədi.
Nəbinin Boz atın bir at keçmədi,
Qoy sənə desinlər, ay Qaçaq Nəbi!
Həcəri özündən ay qoçaq Nəbi!
III
Gün gəlibdir günortanın yerinə,
Həcər xanım qalxıb atın belinə.
Əşrəfi, mirvarı düzüb telinə,
Qoy sənə desinlər, ay nadan Nəbi!
Tüfəngin havada oynadan Nəbi!