Yeni mahnı öyrənək
MÜBARƏK
Musiqisi Əfsər Cavanşirovun,
sözləri Hikmət Ziyanındır.
I
Azərbaycan, bu bayram
Sənə necə yaraşır.
Nəğmə deyir Kür, Araz,
Göy Xəzər coşub-daşır.
II
Oğlun, qızın hünərdən
Çələnglər hörür bu gün,
Dostları Bakımızın
Alnından öpür bu gün.
Nəqərat:
Gülür ellərin,
Gülür çöllərin,
Ağ günlərintək,
Sənin vüqarlı,
Nurlu, baharlı
Yaşın mübarək!
Şən, oynaq melodiyaya, cəld tempə malik olan bu mahnını ikisəsli
ifa etmək lazımdır.
SUAL VƏ TAPŞIRIQLAR
-
Azərbaycan XX əsrdə neçə dəfə müstəqillik əldə edib?
-
Azərbaycan Respublikasının Dövlət Himninin müəllifləri kimdir?
-
Azərbaycanın müstəqilliyi ilə əlaqədar şifahi təqdimat edin.