MÖVZU 28
Yeni mahnı öyrənək
XUDAYAR TƏSNİFİ
Musiqisi Əlibaba Məmmədovun,
sözləri Əliağa Vahidindir.
I
Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum.
Keçdi xəyalımdan öz gözəl yurdum,
Dumanlar başında dastana döndü,
Dastana döndü...
Deyirlər bülbülə çəmən yaxşıdır,
İnsançün laləzar, vətən yaxşıdır.
Şair, sorma vətən nədən yaxşıdır...
Adı gəlcək könlüm dastana döndü,
Dastana döndü...
II
Könüllər cəlb edən bu xoş mənzərə
Şövqümü artırdı şeirə, qəzələ.
Çatdıqca vətənim, elim nəzərə
Təbiət də mənə heyran göründü,
Heyran göründü...
Xəzər dənizitək eşqimlə coşdum,
Xülyalar içində sanki bihuşdum.
Vətən arzusuyla nəğmələr qoşdum,
Tufanlar qarşımda dastan göründü,
Dastana döndü...